Ölkə futbolu

Türkiyədən danışdı: “Toşak bir yana, Mustafa müəllimin adı hər şeydən önəmlidi”

Bir zamanlar “Neftçi” və “Qarabağ”da fiziki hazırlıq üzrə məşqçi çalışmış Mehmet AK Mustafa Denizlinin “Xəzər Lənkəran”a mümkün keçidi ilə bağlı açıqlama verib.

İdmanxeber.com-a danışan Mehmet bəy, Musfata Denizlinin Türkiyədə 3 ən güclü məşqçidən biri olduğunu bildirərək, nəticələrin ona yaradılacaq şəraitdən çox aslı olacağını bildirib:

“Mustafa Denizlinin tanıtıma ehtiyacı yoxdu. O, türk dünyasının 3 ən güclü məşqçisindən biridi.  Ona hər cür şərait yaratsalar, Azərbaycan futbolunu ona düzgün başa salsalar və oyunların düzgün təhlili getsə mütləq uğur qazanılacaq. Toşakın istefasından xəbərdaram. Toşak bir yana, Mustafa müəllimin adı hər şeydən önəmlidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43