08 Sentyabr 2024
Kateqoriyasız

Türkiyəli güləşçi ölümdən döndü – FOTO

İlk Avropa Oyunları çərçivəsində keçirilən Yunan-Roma güləşində baş tutan döyüşlərin birində gərgin anlar yaşanıb. Türkiyəli yunan-Roma güləşçisi Abdulsamad Uğurlu serbiyalı güləşçi Aleksandr Maksimoviçlə qarşılaşmada faciə yaşayıb. Serb idmançı güləş zamanı türk idmançını böğub. Türk idmançı bir müddət huşsuz vəziyyətdə qalıb. Sonradan ayağa qalxan dili qatlanıb və özündən gedib.

Həkimlərin müdaxiləsindən sonra türkiyəli idmançı özünə gəlib.

/Publika.az/


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43