İdman

Türkiyənin məşhur serialında “Qarabağ” xareoqrafiyası açıldı – VİDEO

Türkiyədə yayımlanan “Savaşçı” serialının 23-bölümü maraqlı səhnəsi ilə diqqət çəkib.

İdmanxeber.com-un məlumatına görə, teleserialda türk əsgərlərinin əllərində Azərbaycan bayraqları və A 4 vərəqlərindən hazırlanan, üzərində “Qarabağ” yazısı olan xareoqrafiyanı tutması izləyənlərin diqqətini cəlb edib.

Qeyd edək ki, filmdə hazırlanan xareoqrafiyanın eynisi Çempionlar Liqasının 3-cü turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Atletiko” matçında azərbaycanlı azarkeşlər tərəfindən hazırlanıb və 1 gün sonra türkiyəli köşə yazar Mövlud Tezel tərəfindən rişğəndlə qarşılanmışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43