Kateqoriyasız

“Turnirin ən yaxşı oyunçusu seçiləcəyimi gözləmirdim” – Bəxtiyar Soltanov

Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan yığması Bakıya qayıdıb.

İdmanxeber.az xəbər verir ki, milli üzvlərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idman mediası, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Avropa çempionatının ən yaxşı oyunçusu seçilən Bəxtiyar Soltanov brifinqdə jurnalistlərin suallarını cavablayıb:

– Avropa çempionu olduğumuz üçün sevincliyik. Yarış bizim üçün ağır başladı və ilk oyunda uduzduq. Ancaq sonra toparlandıq. Finalda Rumıniyanın zəif və güclü cəhətlərini bilirdik. Həmin oyuna daha da məsuliyyətlə yanaşdıq və çempion olduq.

– Finalda hansı səhvləri düzəltdiniz ki, qrupda uduzduğunuz rumınlara bu dəfə qalib gəldiniz?
– İlk oyunda meydança və rəqibi tanımamaq amili vardı. Finaldan öncə onların zəif nöqtələri üzərində işləyib qalib gəldik.

– Turnirin ən yaxşı oyunçusu olacağınızı gözləyirdinizmi?
– Vallah, gözləmirdim. Amma məni buna layiq görüb verdilər. Bu mükafatda komanda yoldaşlarımın da əməyi var.

– Minifutbolda karyeranızı davam etdirəcəksiniz?
– İnşallah.

– Xarici minifutbol klublarından sizə təklif olub?
– Xeyr. O barədə hələ heç nə eşitməmişəm. Nəsə olsa, biləcəksiniz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43