Dünya futbolu

“Turnirin çempionu ola bilərik” – Manuel Noyer

“Bavariya”nın qapıçısı Manuel Noyer“Mançester Yunayted”lə oyunun (0:1) ardından görüşü şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı qapıçı ÇL-i qazana biləcəklərini açıqlayıb:

“Ayntraxt”la oyunda (1:5) çox üzüldük. Bu gün buna münasibətimizi göstərdik. Məşqçi çox sevindi və bu oyundan qürur duyduğunu söylədi. Bütün gücümüzü verdik və buna görə də qalib gəldik. Hər matçda əlimizdən gələni etməliyik. Biz turnirin çempionu ola bilərik”.

“Bavariya” 16 xalla A qrupunda birinci, “Kopenhagen” 8 xalla ikinci, “Qalatasaray” 5 xalla üçüncü, “Mançester Yunayted” 4 xalla sonuncu pillədə qərarlaşıb.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43