l Divizion

Turun bir matçının keçirilmə tarixi dəyişdirildi – RƏSMİ

Futbol üzrə Azərbaycan I Divizionunda 18-ci turun “Şuşa” – “Karvan” matçının keçirilmə tarixi dəyişdirilmişdir. “Şuşa” klubu PFL-ə müraciət edərək bir neçə futbolçusunun Çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının heyətində ölkə xaricində keçirilmiş taplanışından 23 fevral 2014-cü il tarixində geri döndükləri üçün 18-ci turun oyununu 24 fevral 2014-cü il tarixinə keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də 18-ci turun “Şuşa” – “Karvan” matçı 22 fevral 2014-cü il tarixdən 24 fevral 2014-cü il tarixinə keçirilmişdir.

24 fevral (bazar ertəsi)

“Şuşa” – “Karvan”

“Şəfa” stadionu, 4-cü meydança, 15:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43