l Divizion

Turun iki oyunu təxirə salındı – RƏSMİ

Futbol üzrə Azərbaycan I Divizionunda 17-ci turun iki oyunu təxirə salınıb.

PFL-in rəsmi saytına istinadən verdiyimiz məlumata görə, “Bakılı” və “Şuşa” klubları PFL-ə müraciət edərək çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının heyətində bir neçə futbolçusunun təlim-məşq toplanışı üçün ölkə xaricinə səfər edəcəyini və bu səbəbdən də 17-ci turun görüşlərinin başqa vaxta keçirilməsini xahiş ediblər.

Yuxarıda göstərilənləri, həmçinin, əsasnamənin 3.15 bəndini nəzərə alaraq “Şəmkir” – “Bakılı” matçı 14 fevral 2014-cü il tarixindən və “Qaradağ Lökbatan” – “Şuşa” matçı 15 fevral 2014-cü il tarixindən ehtiyat gün olan 26 mart 2014-cü il tarixinə keçirilib.

26 mart (çərşənbə)

“Şəmkir” – “Bakılı”

“Qaradağ Lökbatan” – “Şuşa”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43