Kateqoriyasız

Turun oyunçusu – Abdullah Zubir


“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqa 22-ci turunun ən yaxşı futbolçusu məlum olub.

İdmanxeber.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə bu, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdir.

Fransız oyunçu “Sumqayıt”a qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qolla yadda qalıb. Araşdırmalara əsasən Abdullah Zubir turun ən yaxşı indeksə malik futbolçusudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43