Ölkə futbolu

Turun oyunçusu – Ceyms Adeniyi

Topaz Premyer Liqada 20-ci turun ən yaxşı futbolçusu məlum olub.

İdmanxeber.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, “InStat”ın təhlilinə əsasən, bu, “Qəbələ”nin yarımmüdafiəçisi Ceyms Adeniyidir. Nigeriyalı “Səbail”ə qarşı görüşdə dubl etməklə komandasına 2:1 hesablı qələbə qazandırıb.

Araşdırmalara əsasən Ceyms Adeniyi turun ən yaxşı indeksə malik futbolçusudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43