Ölkə futbolu

Turun oyunçusu – Mahir Mədətov

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 13-cü turunun ən yaxşı futbolçusu məlum olub

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu, “Qarabağ”ın oyunçusu Mahir Mədətovdur.

“Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olan millinin üzvü het-triklə yadda qalıb. Araşdırmalara əsasən Mahir Mədətov turun ən yaxşı indeksə malik futbolçusudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43