“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 24-cü turunun ən yaxşı futbolçusu müəyyənləşib.
İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydadır.
Millinin üzvü “Sabah”a qarşı görüşdə 79 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb. Araşdırmalara əsasən Riçard Almeyda turun ən yaxşı indeksə malik futbolçusudur.