Ölkə futbolu

Turun Yubileyarı: Elias Ribeiro – STATİSTİKA

30-cu turdan bəzi statistik məqamlar:

Bu dəfə 6 aprel tarixində keçirilən, ötən turda  nəticəsi qəzet çapına görə hesablanmayan “Neftçi” – “Bakı” və “Simurq” – “İnter” oyunun statistikası da nəzərə alınıb

“Çempionatın 100 ən çox oyun keçirən futbolçuları”ndan 9-u meydanda olub. Rəşad Sadiqov və Elnur Allahverdiyev daha çox – 3 pillə sıçrayış edib:

11.(12).Rəşad Abdullayev (AZAL) 303

16.(19).Rəşad Sadiqov (“Neftçi”) 286

33.(34).Vüqar Nadirov (“Qarabağ”) 261

34.(35).Samir Abasov (“Sumqayıt”) 260

36.(36).Rahid Əmirquliyev (“Xəzər-L”) 258

49.(52).Elnur Allahverdiyev (“Qəbələ”) 242

54.(55).Rəşad Sadıqov (“Qarabağ”) 240

64.(65).Cəmşid Məhərrəmov (“Rəvan”) 232

94.(95).Mahir Şükürov (“Neftçi”) 206

“100 ən çox qol vuran futbolçular”dan yalnız 3-ü fərqlənə bilib. Junior Nildo və Baçana Sxadadze 4 pillə irəlilədi. Əfran İsmayılov isə cədvələ yeni qoşuldu:

79.(83).Junior Nildo (“Xəzər-Lənkəran”) 28

84.(88).Baçana Sxadadze (“İnter”) 27

100.(-).Əfran İsmayılov (“Bakı”) 23

“Daha çox oyunda qol buraxmayan 100 qapıçılar” siyahısında 4 qapıçı fərqlənib. Ruslan Məcidov 3 pillə irəliləyib:

11.(11).Kamran Ağayev (“Qəbələ”) 78

38.(39).Saşa Stamenkoviç (“Neftçi”) 26

51.(53).Səlahət Ağayev (“İnter”) 19

82.(85).Ruslan Məcidov (AZAL)  9

“Əvəzlənmədən ardıcıl oyun keçirən futbolçular” siyahısında 8 futbolçu yer alır. 6-cı pillədə məskunlaşan Laşa Salukvadze (“İnter”) və Adil İbrahimov (“Sumqayıt”) 13 oyundan sonra 90 dəqiqə meydanda olmadığından cədvəli tərk edib. Cədvələ isə Ruben Qonzales və Daniel Subotiç yeni qoşulub:

1.(1).Bədəvi Hüseynov (“Qarabağ”) 18

2.(2).İdan Vaytsman (“Simurq”) 17

3.(3).İbrahim Sehiç (“Qarabağ”) 17

4.(4).Saşa Stamenkoviç (“Neftçi”) 15

5.(5).Aranjo Santos (“Bakı”) 14

6.(8).Aqil Məmmədov (“Bakı”) 11

7.(-).Ruben Qonzales (“Bakı”) 10

8.(-).Daniel Subotiç (“Qəbələ”) 10

“Simurq” – “İnter” qarşılaşmasında Arif Daşdəmirov və Ruslan Poladov Premyer Liqada 200-cü oyununu keçirdi.

“Neftçi” – “Bakı” qarşılaşmasında Deyvidas Çesnauskis Premyer liqada 50-ci oyununu keçirdi.

“Bakı”-“Xəzər-Lənkəran” qarşılaşmasında Zohair Banouahi Premyer Liqada 100-cü oyununu keçirdi.

“Qarabağ” – “Rəvan” qarşılaşmasında Tyaqo de Souza “Rəvan”ın Premyer Liqada 100-cü qolunun müəllifi oldu.  Dmitri Kruqlov isə, Premyer Liqada 100 oyununu keçirdi.

“Sumqayıt” – “Simurq” qarşılaşmasında Rəhman Hacıyev zaqatalalıların səfər oyunlarında qapısına vurulan 150-ci qolun müəllifi oldu.

Turun Yubileyarı:  Elias Ribeiro

“Bakı” – “Xəzər-Lənkəran” qarşılaşmasında Premyer Liqada bakılıların qapısına vurulan 400-cü qolun müəllifi oldu.

Hakimlərin oyun göstəricisi

1.(4).Əliyar Ağayev      24

2.(1).Fariz Yusifov      20

3.(7).Orxan Məmmədov19

4.(2).Vüsal Əliyev      17

5.(8).Ramil Diniyev      11

6.(9).Ömər Paşayev       7

7.(11).Alik Yunusov        3

Rasim Əliyev,“Het-trik news” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43