Dünya futbolu

Tuxelin gələcəyi “Latsio” oyunundan asılıdır

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmalarına start verilir.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyunda səfərdə “Latsio”ya məğlub olan “Bavariya” bu dəfə evində rəqibini qəbul edəcək. Bu görüş Münhen klubunun baş məşqçisi Tomas Tuxelin son şansı ola bilər.

”Bavariya” rəhbərliyinin turu keçə bilməyəcəyi təqdirdə mövsümün sonunu gözləmədən 50 yaşlı mütəxəssislə yolların ayrılacağı gözlənilir.

Son olaraq Bundesliqada “Frayburq”u məğlub edə bilməyən “Bavariya” son 5 görüşdə cəmi bir qələbə qazana bilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43