Ölkə futbolu

Tuyqun Nadirov Azərbaycanı tərk etdi – TƏFƏRRÜATLARI BİZDƏ

“Xəzər
Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov, “Sumqayıt”ın prezidenti Kamran
Quliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və bu qrumun digər rəsmiləri
İngiltərəyə yola düşüblər.

İdmanxeber.com-un
əldə etdiyi məlumata görə, AFFA, Liverpul Universiteti və FMMİ şirkətinin
əməkdaşlığı çərçivəsində sözügedən şəhərdə Futbol İdarəçiliyi Təlim Proqramı
üzrə növbəti seminar baş tutacaq. Maraqlıdır ki, burdan sözügedən ölkəyə
yollanan yeganə klub prezidenti olan Kamran Quliyev AFFA rəsmisi qismində kurslarda
iştirak edəcək.

“Xəzər
Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov isə bu qurumun adı ilə yox, məhz
rəsmisi olduğu klubun adından iştirak edir.

Bu kurslar
futbol idarəçiliyinin müxtəlif sahələrini – reklam, marketinq, azarkeşlərlə iş,
TV yayım və s… əhatə edir. Kursun azı bir həftə çəkəcəyi gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43