• Ana səhifə
  • Müsahibə
  • Tuyqun Nadirov: “Fişəng atılması nə vaxtdan yanğın sayılır?” – MÜSAHİBƏ
Müsahibə

Tuyqun Nadirov: “Fişəng atılması nə vaxtdan yanğın sayılır?” – MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun Lent.az-a müsahibəsi


– Lənkəran şəhər stadionunda “Neftçi” ilə görüşdən sonra baş verənlərlə bağlı klubunuzun mövqeyi necədir?

– “Neftçi”ni yüksək səviyyədə qarşılayıb, eyni qaydada da yola salmışıq. Oyun vaxtı stadionumuzda təhlükəsizlik tədbirləri lazımi səviyyədə görülüb. Qonaq komanda və azarkeşlərinə, hakimlər briqadasına heç bir xətər yetirilməyib. Meydançaya kütləvi şəkildə yad əşya atılmayıb, azarkeş girməyib. İnsident stadionun çölündə baş verib. Küçədə baş verənlərə isə klub cavabdehlik daşımır.


– Stadionda təhlükəsizlik tədbirləri yüksək səviyyədə görülmüşdüsə, “Neftçi” və Bakıdan gələn jurnalistlər niyə arenanı gecə saatlarında tərk etdilər?

– “Neftçi” bizim qonağımız idi. “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov paytaxt klubundakı həmkarı Sadıq Sadıqovla birgə oyunu izlədikdən sonra oturub söhbət edirdilər. İnsident zamanı gözyaşardıcı qazdan istifadə olunduğu üçün 100 metr radiusda təsiri hiss olunurdu. Ona görə də qonaqlarımızın bir müddət stadionda saxlanılması qərara alındı.


– Stadionun daxilində heç bir ciddi insidentin baş vermədiyini iddia edirsiniz. Elə isə tribunada törədilmiş yanğın nədir?

– Bütün ölkələrdə futbol matçları zamanı və ya sonra azarkeşlər arasında insident yaşanır. “Xəzər Lənkəran” və “Neftçi” azarkeşlərinin münaqişəsi də bu qəbildən idi. İnsident zamanı tribunaya fişəng atıblar. Fişəng atılması nə vaxtdan yanğın sayılır? 


– Baş verənlərlə əlaqədar klubunuza ev oyunlarını azarkeşsiz keçirmə və hətta rəqiblərini neytral meydanda qəbul etmə cəzası verilsə, bunu necə qarşılayacaqsınız?

– Stadionumuzun daxilində heç bir ciddi insident qeydə alınmayıb. Nə baş veribsə, stadiondan kənarda olub. Sadəcə, bəzi mətbu orqanlar olayı qəsdən şişirdilər ki, “Xəzər Lənkəran” rəqiblərini boş tribunalar önündə və ya neytral meydanda qəbul etsin. Bütün bunlar isə gülünc arqumentlərdir.


– Sizcə, bu hadisələrin bünövrəsi mayın 28-də “Neftçi” ilə “Xəzər Lənkəran” arasında keçirilmiş oyunda qoyulmayıbmı?

– Hesab edirəm ki, baş verənlər hakimlərin müəyyən epizodlarda yanlış qərarlarına görədir. Təkcə mayın 28-də deyil, Topaz Premyer Liqasının III turunda “Qarabağ”la matçda qapımıza təyin olunan haqsız penalti, “Neftçi” ilə görüşdə futbolçularımıza göstərilən sarı vərəqələr, ümumiyyətlə, hakimlərin bəzi epizodlardakı qərarları tribunalara təsirsiz ötüşmədi. Azarkeşlərin hakimlərdən tələbləri haqlı idi. Amma dünənki olayları mayın 28-də baş verən insidentə cavab kimi dəyərləndirmək düzgün deyil.


– Mümkün münaqişənin qarşısını almaq üçün hansı tədbirləri görmüşdünüz?
– Oyundan əvvəl azarkeş qruplarımızın rəhbərləri ilə profilaktik söhbət aparmışdıq. Onları mümkün insidentlərdən çəkinməyə çağırmışdıq. Eyni zamanda polis əməkdaşları ilə təhlükəsizliyin təmin olunmasına dair görüşümüz olmuşdu.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Yaşar Seyidov: “Hafiz Məmmədov hazırda AFFA prezidenti Rövnəq Abdullayevlə görüşür” (MÜSAHİBƏ)

admin

Rahid Əmirquliyev: “Qurban Qurbanovun köməyi böyük oldu” (MÜSAHİBƏ)

admin

Kapitandan etiraf: “Uşaqlar Reynaldonun yoxluğunu hiss etdirməməyə çalışdırlar, alınmadı” (MÜSAHİBƏ)

admin