Kateqoriyasız

Tuyqun Nadirov Klublar Komitəsinin sədri seçildi

AFFA-nın Klublar Komitəsinin iclası keçirilib

İdmanxeber.com-un məlumatına görə, AFFA prezidentinin əmrinə əsasən  yaradılan  Klublar Komitəsinin ilk iclasi bu gün Hilton otelində keçirilib. İclasda AFFA-nın baş katibi Elxan Məmmədov və  Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edərək fikir və təkliflərini bildiriblər. Sonra görüş yalnız Topaz Premyer Liqası klublarının nümayəndələrinin iştirakı ilə davam etdirilib və olkə futbolunun inkişafi ilə bağli ətraflı muzakirələr aparılıb.

İclasda Xəzər Lənkəran klubunun vitse-prezidenti Tuyqun Nadirov Klublar Komitəsinin sədri seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43