Ölkə futbolu

Tuyqun Nadirov son sözünü dedi: “Bu 2×2 kimi asan bir şeydi”

"Mustafa Dənizlinin mətbuat konfransında var idim. Görüşmək istəyən, məni axtaran adam ora gəlib məni görə bilərdi. O mətbuat nümayindəsidi və verdiyi sualları da cavablandırardım. Deyilir ki, guya "Neftçi" rəhbərliyi məni axtarır. Bu mənim üçün daha çox sürprizdi.  Onlarla 3-4 gün bundan öncə bir görüşdə idik. Nə axtarmaq? Boş söhbətlərdi. Ancaq ordan-burdan eşidirəm ki, kimsə mənimlə görüşmək istəyir. Birincisi mən klub rəsmisi olaraq hansısa kluba buna reklam verməyin deməklə onlar bunu edəcəklər? Bu məntiqlə düzdü? Heç məntiqlə də düz deyil bu. "Neftçi" tərəfinə zəng edin, onlardanm soruşun. Ancaq deyirlər, bəs qarşı tərəfin fikirlərini niyə öyrənmirsiz? Bu ki 2×2 kimi asan bir şeydi…"

Bu sözlkəri idmanxeber.com-a "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Cənub klubunun rəsmisi futbolpress.az saytının baş redaktoru Elçin Cəlilovun yaydığı bəyanata cavab olaraq daha sonra sözlərinə belə davam edib:

"Əgər Elçin mənimlə bir mətbuat nümayəndəsi kimi görüşmək istəyirsə bugünkü mətbuat konfransına gələ bilərdi. Heç kim "Neftçi" tərəfindən soruşmur ki, belə bir şeyi Tuyqun sizə deyib, ya yox".

"Neftçi" tərəfinin fikirlərini də öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43