Ölkə futbolu

Tuyqun Nadirov: “Toşakdan asılıdı”

Öncədən xəbər verdiyimiz kimi “Xəzər Lənkəran” daha bir futbolçu transfer edə bilər. Ancaq bu transferin reallaşıb-reallaşmayacağı baş məşqçi Con Toşakın qərarından sonra bilinəcək.

Bu barədə İdmanxeber.com saytına “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. O, “Hələki transferlərdə son nöqtəni qoymamışıq. Komandamız bundan sonra daha bir transfer edə bilər, Ancaq bu transferin reallaşıb-reallaşmayacağı baş məşqçi Con Toşakın qərarından sonra məlum olacaq. Yani hər şey Toşakdan asılıdı”. – deyə o bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43