Ölkə futbolu

Tuyqun Nadriov: “Hakim qərəzli idi”

“Hakim qərəzli idi. Komandamız özünü Naxçıvanda ev sahibi kimi hiss etdi”.

Bu sözləri  idmanxeber.com saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

“Neftçi”ni məğlub edən “Xəzər Lənkəran” rəsmisi daha sonra bunları deyib:

“Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. 10 nəfərlə qalsaq da, sonacan mübarizə aparıb layiqli qələbə qazandıq. Bu nəticə çempionatdakı oyunlarımıza da təsir edəcək. Penalti epizoduna gəlincə, artıq bu il 2 dəfə oxşar hadisə olub. Ümid edirəm ki, qərəzli qərar deyildi. “Xəzər Lənkəran” ölkə futbolunun lokomotividir”.

Səxavət Qurbanov 

Naxçıvan


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43