Dünyadan

“Tvente” Bakıya hansı əhval-ruhiyyə ilə gələcək?

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Tvente” Hollandiya Erdeviziyasında növbəti matçına çıxır.

İdmanxeber.com-un məlumatına görə, “qırmızılar” Ağdam klubu ilə oyundan öncə çıxacağı son qarşılaşmada “Den Haaq”la qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:45-də başlayacaq matçda “Tvente” üçün qələbə vacibdi. Belə ki, ilk turda zəif “Kambur” səfərində qalib gələ bilməyən komanda bugün azarkeşləri önündə 3 xalı qazanmağa çalışacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43