02 Dekabr 2020
  • Ana səhifə
  • Müsahibə
  • “Tvente” və “Dnepr” səfərlərinin qəhrəmanı: “Qarabağ” bu çempionatın ən yaxşı komandası deyil” – MÜSAHİBƏ
Müsahibə

“Tvente” və “Dnepr” səfərlərinin qəhrəmanı: “Qarabağ” bu çempionatın ən yaxşı komandası deyil” – MÜSAHİBƏ

“Qarabağ”ın futbolçusu Muarem Muarem “İnter”lə oyundan sonra idmanxeber.com-a müsahibə verib.

– Oyunla bağlı nə deyərdin?

Çətin oyun oldu. “İnter” yaxşı komandadı. Onlar hər zaman biziə qarşı yaxşı çıxış edirlər. “İnter” komanda futbolu oynayır. Biz özümüzü bu çempionatda ən yaxşı komanda bilmirik. Deyə bilmərik ki, “Qarabağ” bu çempionatın ən yaxşı komandasıdı. Amma “İnter” bizimlə bərabər komandadı. Oyunumuzu yaxşı analiz etmişdilər. Çox qol imkanımız da olmadı. Bir və ya iki real qol imkanımız oldu. Bir xal da xaldı. Biz bilirik ki, bundan sonra bütün komandalar bizə qarşı daha yaxşı oynayacaqlar.

– Bugünkü (red. dünən) oyunda nə çatmadı qələbə qazanmağa?

Dediyim kimi, çoxlu qol imkanımız olmadı. Bir və ya maksimum iki real qol imkanımız oldu. Bunlardan yararlana bilsəydik, qələbə qazana bilərdik. Komandada hər hansı yorğunluqda yoxdu.

– Qarşıdan “Araz Naxçıvan” və “Dnepr”lə oyunlar gəlir.

Qrafik sıxdı. Bundan öncə də qrafik sıx idi, bundan sonra da sıxdı. Hər iki komandanı yaxşı təhlil edib maksimum nəticə qazanmağa çalışacağıq. 

– Qrafikin sıx olması bəzən tez-tez zədələrə yol açır…

Zədələr olmur. Çünki Qurban müəllim tez-tez heyəti dəyişir. Misal üçün “Xəzər Lənkəran”la oyunda başqa heyət oynamışdı, “İnter”lə oyunda fərqli. Bəzən yaxşı oyunlar məşqlərdən də bizim üçün önəmlidi. Hər hansı yorğunluq da yoxdu. Məşqçilərimiz də zədələnmənin olmaması üçün tədbirlər görürlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Migel Lorenso: “Hansı kluba keçəcəyimi hələ bilmirəm”

admin

“Neftçi”nin futbolçusu: “Qarabağ”la oyunda qorxulu bir şey görmürəm”

admin

Rahid Əmirquliyev: “Bunu kimsə deyə bilməz” (MÜSAHİBƏ)

admin