Kateqoriyasız

U-21 millimizə daha bir futbolçu dəvət alıb

21 yaşadək futbolçulardan ibarət milli komandaamıza daha bir oyunçu cəlb olunub.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində sentyabrın 6-da, saat 21:00-da, “Dalğa Arena”da İsrail komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət edilib. “Sabah” klubunun üzvü Eltun Turabov hazırlıq prosesinə qoşulub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43