Ölkə futbolu

U-21 millimizdə ciddi itki

21 yaşadək futboçulardan ibarət milli komandamız ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Zədəli olduğu üçün Renat Dadaşov komandadan ayrılıb. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da İsrail yığmasına qarşı keçirilmiş oyunda zədələnən futbolçunun müayinəsinin nəticəsinə əsasən sentyabrın 11-də Norveç komandasına qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcəyi məlum olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43