Kateqoriyasız

U-23 millisi yaradılmayacaq – Elxan Məmmədov açıqladı

Azərbaycanın U-23 millisinin yaradılması ideyası qəbul edilməyib.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov “Azərbaycan Radio”suna müsahibəsində bildirib:

“İcraiyyə Komitəsinin iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə U-23 milli yaratmağa ehtiyac yoxdur. Çünki 22 ya da 23 yaşlı futbolçu əsas millidə oynamalıdır. Hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı 2 nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuzda Premyer Liqada limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43