Kateqoriyasız

Üç futbolçu “Neftçi”dən göndərildi

“Neftçi” üç futbolçu ilə yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Məhəmməd Mirzəbəyov, Qoran Paratski və Petru Raku ilə müqaviləni yeniləməyib.

Qeyd edək ki, sonuncu mövsümdə Mirzəbəyov 13, Paratski 26 (2 qol), Raku isə 2 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43