Ölkə futbolu

“Üç ildə Azərbaycan futboluna çox şey verdim” – Canni De Byazi

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi “Tuttoudinese” nəşrinə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 67 yaşlı mütəxəssis yığmada işləməyə hazır olduğunu bildirib:

“Üç il ərzində Azərbaycan futbol hərəkatına çox şey verdiyimi düşünürəm. Avropa çempionatının seçmə mərhələsində 5 komandadan ibarət qrupda 7 xal əldə etdik. Birinci dərəcəli komandalarla bərabər oynadıq.

Belçika ilə evdəki matçda bir epizoda görə uduzduq. Avstriya ilə qarşılaşmada bərabərliyə layiq idik. İsveçlə görüşdəki qələbə tarixdə qalacaq. 3:0 hesabı ilə qalib gələcəyimizi heç düşünməmişdim. Heyətdə maraqlı oyunçular var. Artıq yol asfaltlanıb, ümid edirəm ki, bu hərəkat növbəti illərdə daha da böyüyəcək. Bu, mənim üçün məmnunedici səyahət idi. Resurslar az olanda belə, komandanın futbol oynaya biləcəyini nümayiş etdirdim. Azərbaycan yığmasında çalışmaq dil fərqindən başlayaraq, bir çox səbəblərə görə asan deyil”.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43