Ölkə futbolu

“Üçüncü dövrədə daha da güclü “Sumqayıt” görəcəksiniz”

“Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynov Antalya toplanışını dəyərləndirib.

İdmanxeber.az xəbər verir ki, komandanın kapitanı klubun saytına açıqlamasında üçüncü dövrədə “Sumqayıt”ın güclü olacağını qeyd edib:

“Artıq bir həftədir ki, təlim-məşq toplanışımız davam edir. Baş məşqçinin tələblərini tam olaraq yerinə yetirmək üçün daha çox çalışırıq. Artıq burda olduğumuz müddətdə bir yoldaşlıq oyunu da keçirmişik. Düzdü, qələbə qazanmaq həmişə daha xoşdu, amma, heç-heçə də pis deyil. Səhvlərimiz üzərində çalışıb maksimum dərəcədə yoluna qoymağa çalışacağıq. Üçüncü dövrədə daha da güclü “Sumqayıt” görəcəksiniz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43