Kateqoriyasız

UEFA Əliyar Ağayevi ehtiyata göndərdi

Mayın 5-dən 21-dək Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin qarşılaşmalarını idarə edəcək hakimlərin siyahısı açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, birincilikdə 8 baş və 12 yan xətt hakimi ilə yanaşı, 4 ehtiyat hakim də iştirak edəcək.

Baş hakimlər: Fran Yoviç (Xorvatiya), Petr Ardeleanu (Çexiya), Ville Nevalaynen (Finlandiya), Qunnar Yarl Yonsson  (İslandiya), Sveyn Erik Edvartsen (Norveç), Bartoş Frankovski (Polşa), Peter Kraloviç (Slovakiya), Mitya Jqaneç (Sloveniya)

Yan xətt hakimləri: Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr), Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları), Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan), Balaj Buzas (Macarıstan), Emmett Dinan (İrlandiya), Vasili Ermişin (Moldova), Edvard Spiteri (Malta), Alen Heyniger (İsveçrə), Ceyhun Sesigüzel (Türkiyə)

Dördüncü hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov (hər ikisi Azərbaycan), Sergeyus Sliva (Litva), Alen Duro (Lüksemburq).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43