Kateqoriyasız

UEFA açıqladı: “Qarabağ” “Real”, “Barselona” və “Qalatasaray”ı qabağladı (FOTO)

UEFA avrokubokların 2019-2020 mövsümündə qrup mərhələsində mübarizə aparacaq klubların sosial şəbəkələrdəki rəsmi səhifələrində ən aktiv azarkeşləri olan klubları açıqlayıb.

İdmanxeber az qurumun saytına istinadən xəbər verir ki, bu göstəricidə “Qarabağ” azarkeşləri birincidir.

Avroliqanın qrup mərhələsində yarışacaq Ağdam klubunun izləyicilərinin orta fəallıq göstəricisi 29,9-dur. İkinci sırada 23,7 göstərici ilə Serbiyanın “Srvena Zvezda” kubudur. Hollandiya “Ayaks”ı isə (21.5)3-cü sıradadır.

Sosial şəbəkələrdə ən çox izləyicisi olan klub Madrid “Real”ıdır. İspaniya təmsilçisinin 222 milyon izləyicisi var.

Qeyd edək ki, hesabat hazırlanarkən, “Feysbuk”, “Instagram”, “YouTube” və “Twitter”dəki göstəricilər nəzərə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43