Kateqoriyasız

UEFA açıqladı: “Qarabağ”ı gözləyən milyonlar

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında bu gün Kiprin APOEL klubunu qəbul edəcək.

Ağdam klubu raundu keçsə, turnirin pley-off mərhələsinə vəsiqə qazanmaqla yanaşı, Avropa Liqasının qruplarını təmin edəcək.

“Qarabağ” cari mövsüm ilkin raunddan azad idi və bu mərhələ də oynamasa da, komandaya 230 min avro mükafat verilmişdi. UEFA I və II təsnifat mərhələlərini keçən Ağdam təmsilçisinə müvafiq olaraq, 280 min və 380 min avro ödəyib. Komanda III təsnifat mərhələsinə yüksəldiyi üçün daha 480 min avro mükafat alıb. “Qarabağ” bu mərhələyə kimi 1 milyon 370 min avro qazanıb. Məbləği daha da artırmaq mümkündü.

ÇL-in pley-offuna yüksələn komandaya mükafat yoxdu. Çünki bu mərhələdə oynayan klub ya Avropa Liqasının, ya da Çempionlar Liqasının qrupuna vəsiqə qazanır.

“Qarabağ” pley-offa yüksəlsə, ən azı 2,92 milyon avro mükafat da qazanacaq. UEFA Avropa Liqasının qrupuna yüksələn komanda üçün bu qədər mükafat ayırıb.

Avropa Liqasının pley-offunda uduzan klubun büdcəsinə 300 min avro mükafat əlavə edilir.

Azərbaycan çempionu ÇL-in qrup mərhələsinə yüksəlsə, büdcəsinə 15,25 milyon avro əlavə olunacaq.

Üstəlik, qrup mərhələsində qələbə və heç-heçələr üçün də mükafatlar var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43