Dünya futbolu

UEFA AFFA-ya 1 milyon avro verəcək

UEFA ona üzv olan bütün milli assosiasiyaların hər birinə 1 milyon avro əlavə vəsait ayıracaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Finlandiyanın paytaxtı Helsinkidə keçirilən UEFA-nın 41-ci Konqresimdə qurumun prezidenti Aleksandr Çeferin bildirib:

“Biz hər bir assosiasiyaya cari tsikl üçün əlavə olaraq, 1 milyon avro ayıracağıq. Belə ödənişlər UEFA-nın yaxşı maliyyə nəticələri və uğurlu turnirlər sayəsində mümkün oldu”.

Qeyd edək ki, UEFA-nın tərkibinə 55 milli assosiasiya, o cümlədən AFFA daxildir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43