Kateqoriyasız

UEFA Avro-2020-nin təxirə salındığını rəsmən açıqladı

UEFA bu ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Avro-2020-nin koronavirus epidemiyasına görə təxirə salındığını rəsmən açıqlayıb.

İdmanxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransından sonra qərar verilib. Turnirin gələn il 11 iyun-11 iyul tarixlərində keçiriləcəyi bildirilib.

Xatırladaq ki, Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan qitə çempionatının 4 oyunu Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43