26 Noyabr 2022
Kateqoriyasız

UEFA avrokuboklarla bağlı yekun qərarını açıqladı

UEFA avrokubokların 1/8 final mərhələsinin cavab oyunları ilə bağlı yekun qərarını açıqlayıb.
İdmanxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə icazə verilib.
Yalnız Avropa Liqasının 1/8 finalının təxirə salınan “İnter” – “Xetafe” və “Sevilya” – “Roma” cütünün qalibi Almaniyada bir oyunla müəyyənləşdiriləcək. Çünki bu komandaların ilk oyunu da baş tutmayıb.
Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar vermişdi.
Qərarda o da bildirilir ki, qalan bütün qarşılaşmalar azarkeşsiz oynanılacaq. Mövsümün geridə qalan hissəsində olduğu kimi, bundan sonrakı qarşılaşmalarda da VAR sistemindən istifadə olunacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Aleksey Baqa: “Oyunun həyəcanını hiss edirik”

admin

Ayaz Quliyev Azərbaycan millisində?: “Hər şey konkret olmalıdır”

admin

“Neftçi”nin futbolçusu 13 mövsüm sonra ilkə imza atdı