Ölkə futbolu

UEFA “Azərsun Arena” adına icazə vermədi: Ad dəyişdi

UEFA Gənclər Liqasında qrup mərhələsinin 1-ci dövrəsinin təqvimi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, C qrupunda yer alan “Qarabağ”ın 19 yaşıl futbolçulardan ibarət komandasının oyunlarını keçirəcəyi stadionlar və tarixlər müəyyənləşib. U – 19 komandası da əsas kollektiv kimi ilk görüşünü səfərdə “Çelsi”yə qarşı keçiriəcək. 

Rəqiblərini “Azərsun Arena”da qəbul edəcək Ağdam klubunun meydançası rəsmən “Qarabağ” stadionu kimi tanınacaq. Çünki UEFA reklam tipli, sponsor adlarına icazə vermir. 

 

12 sentyabr

Gənclər Liqası, Çempionlar Liqası yolu

C qrupu

1-ci tur

14:05. “Çelsi” (İngiltərə) – “Qarabağ”
Surrey. “Çelsi” Futbol Klubunun Təlim-Məşq Bazası

27 sentyabr

2-ci tur

12:00. “Qarabağ” – “Roma” (İtaliya)
Bakı. “Qarabağ” stadionu

18 oktyabr
3-cü tur

12:00. “Qarabağ” – “Atletiko” (İspaniya)
Bakı. “Qarabağ” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43