Kateqoriyasız

UEFA Bakıdakı oyunu fərqləndirdi

UEFA Konfrans Liqasında cari mövsümün ən yaxşı oyunları açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, “10-luq”da “Qarabağ”ın Kipr “Omoniya”sına qarşı Bakıda keçirdiyi V tur matçı da yer alıb.

UEFA qarşılaşmanın 88-ci dəqiqəsində Patrik Andradenin “köhlən atlar”ı hesabda önə keçirdiyini, lakin 90-cı dəqiqədə Jordi Qomesin uzaq məsafədən fərqlənərək rəqib qapıçını təəccübləndirdiyini yazıb.

“Qarabağ” – “Omoniya” matçı 2:2 hesabıyla başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43