Dünya futbolu

UEFA Bakının rəqiblərini açıqladı

UEFA Avropa kuboklarında 2018-2019 mövsümünün final oyunlarına namizəd şəhərlərin yekun siyahısını açıqlayıb.

Çempionlar Liqasının final matçına 2 namizəd arena – Bakı Olimpiya Stadionu və İspaniyanın   “Estadio Metropolitano” (Madrid) stadionu olduğu kimi qalıb.

Avropa Liqasının final görüşün təşkil etmək istəyən namizəd stadionların  sayı azalıb.Bu turnirə namizədlər arasıda yekun siyahıda Bakı Olimpiya Stadionu, İspaniyanın  “Ramon Sançes Pisxuan” (Sevilya) stadionu və Türkiyənin “Vodafon Park Stadyum”u yer alıb.

UEFA Superkubokunun finalı üçün 7 şəhər iddialıdır. Bunlar Tirana (“Qemal Staffa”, Albaniya), Tuluza (“Tuluza”, Fransa), Hayfa (“Sammi Ofer”, İsrail), Astana (“Astana Arena”, Qazaxıstan), Belfast (“Vindzor Park”, Şimali İrlandiya), Qdansk (“Qdansk Arena”, Polşa) və İstanbuldur (“Vodafon Park Stadyum”, Türkiyə).

Qeyd edək ki, oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43