25 Fevral 2021
Kateqoriyasız

“UEFA bizə öz hüquqularımızı qorumaq üçün şans vermədi” – Nurlan İbrahimov

“UEFA mənə ən sərt cəzanı verdi. Sanki mən öldürmüşəm kimi… UEFA daha sonra  bizə öz hüquqularımızı qorumaq üçün şans vermədi. Daha sonra fərdi olaraq CAS-a müraciət etdik. Ancaq orada da, UEFA basqılarını davam etdirir. Bizə öz hüquqularımızı qoruma şansı vermir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbarahimov deyib.

Müharibə zamanı sosial şəbəkədə yazdığı məlum statusa görə UEFA tərəfindən sərt cəzalandırılan İbrahaimov daha sonra sözlərinə belə davam edib:

“Onlar bizim müharibə şəraitində olmağımızı, mənim də eyni yaşda qız övladımın olmasından doğan hisslərimi, 15 ildən çox bu klubda çalışmağım kimi məqamları  önəmsəmədi.

Biz azərbaycanlılar heç bir zaman savaşda sivil insanlara qarşı mübarizə aparmadıq, onları öldürmədik, öldürmərik də. Mən ürəyi yumuşaq insanam. Heç vaxt, heç kimi öldürmərəm. Sadəcə burada ikili standartlardan istifadə olunaraq UEFA üzərində basqı quruldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Derbidə qol səsi çıxmadı

admin

“Səbail” qələbə ilə başladı

admin

De Byazi: “…şansımız ola bilər”

admin