Dünya futbolu

UEFA Çeferini buraxmaq istəmir

UEFA prezident Aleksander Çeferinin qurumun başında qalmasına mane olan məhdudiyyətləri aradan qaldırmaq niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, 2016-cı ildən federasiyaya başçılıq edən slovakiyalı futbol adamı bu müddətdə üç dəfə prezident seçilib. Əsasnaməyə görə isə Çeferin 4-cü dəfə quruma prezidentlik üçün namizədliyini verə bilməyəcək. 

Ancaq UEFA rəsmiləri bu durumu aradan qaldırmaq istəyir. Onlar mövcüd qaydaları dəyişərək, hazırkı rəhbərin önünü açmaq niyyətindədir. 

Bu barədə yekun qərar 2024-cü il fevralın 8-də Parisdə keçiriləcək konqresdə səsvermə zamanı veriləcək. Xatırladaq ki, sloveniyalı funksioner 2027-ci ildədək UEFA-nın prezidenti vəzifəsini icra etməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43