İdman

UEFA Çempionlar Liqası: Pley-off mərhələsinin ilk görüşlərinə yekun vuruldu – NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasında bu gün pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə daha 5 matç keçirilib. Son mövsüm Superliqada gümüş medallara sahib çıxan “Başakşehir” doğma meydanda İspaniya təmsilçisi “Sevilya” ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesbalı qələbəsi ilə başa çatıb.

Günün daha bir maraqlı oyunu isə İtaliyada keçirilib. A seriyası və Liqa 1-in bürünc medalçıları – “Napoli” və “Nitsa” üz-üzə gəldiyi dueldə qələbə ev sahiblərinə qismət olub -2:0.
Artıq bir dəfə qrup mərhələsində çıxış edən Qazaxstanın “Astana” kollektivi isə qonağı olduğu “Seltik” səfərində biabır olub. Şotlandlar 5:0 hesablı qələbə ilə turun taleyini demək olar həll edib.
Qeyd edək ki, pley-offun digər 5 matçı dünən keçirilib. 

UEFA Çempionlar Liqası
Pley-off, ilk oyun
16 avqust

22:45. “Başakşəhər” (Türkiyə) – “Sevilya” (İspaniya) – 1:2

Qollar: Serxio Eskudero, 16 (0:1), Elcero Elia, 64 (1:1), Vissam Ben Yedder, 84 (1:2)

22:45. “Seltik” (Şotlandiya) – “Astana” (Qazaxıstan) – 5:0

Qollar: Yevgeni Postnikov, 32-avtoqol, Skott Sinkleyr, 42, 60, Ceyms Forrest, 79, Li Qriffits, 88

22:45. “Hapoel” (Beer Şeva, İsrail) – “Maribor” (Sloveniya) – 2:1

Qollar: Markos Tavares, 10  (0:1),  Antoni Nvakaeme, 12 (1:1), Şir Tzedek, 45+2-pen. (1:2) 

22:45. “Napoli” (İtaliya) – “Nitsa” (Fransa) – 2:0
Qollar: Dris Mertens, 13. Jorjinyo, 70-pen.

Qırmızı vərəqələr: Alassan Plea, 79, Vensan Koziello, 79 (hər ikisi “Nitsa”)

22:45. “Olimpiakos” (Yunanıstan) – “Riyeka” (Xorvatiya)- 2:1
Qollar: Heber, 42 (0:1),  Vadis Ocica, 66 (1:1), Aleksis Romao, 90+3 (2:1)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43