27 Noyabr 2021
Kateqoriyasız

UEFA-da qərar günü: “Qarabağ” – “Molde” matçının məkanı bilinir

UEFA “Qarabağ” – “Molde” matçının harda keçirilməsi ilə bağlı son qərarını bu gün açıqlayacaq.

“Qarabağ”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nurlan İbrahimov İdmanxeber.az-a bildirib ki, UEFA sözügedən matç ətrafında yaranmış qeyri-müəyyən durumla bağlı rəsmi mövqeyini bu gün ortaya qoya bilər:

“Hələ ki, yeni bir xəbər yoxdu. Ümid edirik ki, gün sonuna kimi məsələyə tam aydınlıq gələcək”.

Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan “Qarabağ” – “Molde” matçı saat 20:00-a təyin olunub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Premyer Liqanın IV turunun oyunları bu saatda

admin

“Qarabağ”ın Çempionlar Liqasındakı 11 potensial rəqibi

admin

Premyer Liqa: iki oyuna hakim təyinatları açıqlandı

admin