08 Dekabr 2019
Kateqoriyasız

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Avro-2020-nin seçmə mərhələsi keçiriləcək Malta – Norveç oyununu idarə edəcək. Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, oyun noyabrın 18-də Ta Qalidəki Milli stadionda olacaq.

Oxşar xəbərlər

Birinci divizionda yeni mövsümün püşkü atıldı

admin

Nikola Yurçeviç: “Futbolda hər şey mümkündür”

admin

Ruslardan Nazim Süleymanova dəvət

admin