Kateqoriyasız

UEFA-dan AFFA-ya məktub: “Çempionatı ləğv etmək əsassızdır”

UEFA ona üzv olan 55 assosiasiyaya məktub göndərib.

İdmanxeber.az-ın məlumatına görə, qurum daxili çempionatların ləğv edilməməsi tövsiyə edilib

“Əminik ki, yaxın aylarda futbol yarışları yenidən davam edə bilər. Bu mərhələdə daxili çempionatları ləğv etmək üçün verilən hər hansı bir qərar əsassızdır. Yaxın aylarda futbol dövlət orqanlarının tələb etdiyi şərtlərlə davam edə bilər. Turnirlərin qaliblərinin yalnız nəticələr əsasında müəyyənləşdirilməsi lazımdır. Bu amil mövcud olmadıqda mövsümün başa çatdırılması son seçim olmalıdır.

UEFA  klubların 2020/2021 mövsümündə beynəlxalq yarışlarda iştirak etmək üçün tətbiq olunan yarış qaydalarını qiymətləndirmək hüququnu özündə saxlayır. İdmanımızın əsas dəyərlərini bizimlə bölüşdüyünüzü bilirik və yarışın bütövlüyünü qorumaq üçün missiyamızda dəstəyinizi hiss edirik”.

Qeyd edək ki, ötən gün Belçikada çempionatın ləğv olunduğu və “Brügge”nin çempion elan edildiyi bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43