Kateqoriyasız

UEFA-dan Asim Xudiyevə təyinat

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

İdmanxeber.az-ın məlumatına görə, o, Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək ÇFR Kluj (Rumıniya) – “Randers” (Danimarka) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma sentyabrın 30-da oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43