18 Sentyabr 2020
Dünya futbolu

UEFA-dan avrokuboklarla bağlı yeni qərarlar

UEFA Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarından sonra futbolçuların sarı vərəqələrini ləğv edəcək.

Bu barədə qitə futbol qurumu məlumat yayıb.

2020/21 mövsümündə də təsnifat mərhələlərindəki sarı vərəqələr qrup mərhələsinə, qrup mərhələsindəki sarı vərəqələr isə pley-offa təsir etməyəcək.

Bundan əlavə, UEFA qarşılaşmanın keçiriləcəyi məkanda koronavirus təhlükəsinin ciddi olacağı təqdirdə, matçın başqa ölkədə keçirilməsinin problem olmayacağını açıqlayıb.

Komandalarda koronavirusa kütləvi yoluxma halı qeydə alınmasa, oyun təxirə salınmayacaq. Əsas komandada 13 futbolçu oyuna hazır olarsa, matç keçiriləcək. Əgər bu say aşağı olarsa, UEFA görüşü təxirə salacaq.

Əgər hakimlərdən biri və ya bir neçəsi koronavirusa yoluxsa, onları matçın keçiriləcəyi ölkənin FIFA dərəcəli referisi əvəzləyə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qalatasaray”ın futbolçusu rəsmən “Norviç”də! – FOTO

admin

Burak Yılmaz yaralandı – FOTO

admin

“Liverpul” 3 qolla qalib gəldi – VİDEO

admin