Dünyadan

UEFA-dan azarkeşlərə görə sərt cəza

UEFA Macarıstan Futbol Federasiyasını cəzalandırıb.

İdmanxeber.com-un məlumataın görə, buna Macarıstan millisinin azarkeşlərinin “Avro-2016″da qaydalara zidd davranışları səbəb olub.

Qrup mərhələsinin II turunda İslandiya ilə Marseldə keçirilən oyun zamanı macar azarkeşlər pirotexniki vasitələrdən istifadə edib, meydana yad əşyalar atıb və tribunada iğtişaş törədiblər. Bu səbəbdən UEFA Macarıstan Futbol Federasiyasına 65 min avro cərimə kəsib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43