Dünya futbolu

UEFA-dan Çempionlar Liqası finalı ilə bağlı açıqlama

UEFA Çempionlar Liqasının finalı ilə bağlı açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, qurum ÇL finalının əvvəlcədən təyin edildiyi kimi İstanbul şəhərində keçiriləcəyini bildirib. Açıqlamada bununla bağlı hər hansı bir dəyişikliyin gündəmdə olmadığı da vurğulanıb.

Xatırladaq ki, bu gün İngiltərə mətbuatı Çempionlar Liqasının finalının İstanbuldan alına biləcəyini iddia edib. Buna səbəb mayın 14-də qardaş ölkədə keçiriləcək prezident seçkiləri göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43