Dünya futbolu

UEFA-dan Cüneyt Çakıra növbəti təyinat

UEFA türkiyəli futbol hakimi Cüneyt Çakıra növbəti dəfə etimad göstərib.

İdmanxeber.com-un məlumatına görə, FİFA referisi Çempionlar Liqası matçına təyinat alıb. O, 1/8 final mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək “Napoli” – “Real” oyununu idarə edəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma martın 7-i, saat 23:45-də start götürəcək.

Xatırladaq ki, ilk görüşdə Madrid klubu “Napoli”ni 3:1 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43