24 Oktyabr 2020
Kateqoriyasız

UEFA-dan gözəl təşəbbüs: Bakıda 50 min ağac əkiləcək

FutbolPressUEFA-nın AVRO-2020 öncəsində maraqlı ideyası var. Qurum çempionata ev sahibliyi edəcək 12 fərqli şəhərdə 600 min ağac əkmək istəyir. Bunun şəhərlər üzrə bərabər paylanması planlaşdırılır.

Qurumun prezidenti Aleksandr Çeferin açıqlamasında deyib:

“AVRO-2020 qitənin hər tərəfində keçiriləcək. Bu turnirin fəlsəfəsi mümkün qədər daha az stadion və yol inşasıdı. Ancaq geniş coğrafiya səbəbilə azarkeşlər böyük məsafələr qət etməli olacaqlar. Məsuliyyətimizi dərk edirik. Problem yarada biləcək karbon tullantılarına qarşı nəsə etməliyik. Biz iqlimin qorunmasına yönəlmiş layihələrə yatırım edəcəyik. Bu ölkələrin atmosferində böyük iz buraxacaq 600 min ağac əkməyi planlaşdırırıq”.

Turnirin 60 illiyi münasibətilə Avropa çempionatı 12 fərqli ölkədə keçiriləcək. AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 finalın 1 matçı Bakı Olimpiya Stadionunda təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

UEFA “Qarabağ”ın gəlirlərini açıqladı

admin

İlin ən yaxşı baş məşqçisi: Qurban Qurbanov

admin

Orxan Məmmədov: “Zirə”nin əsas məqsədi avrokuboklara düşməkdir”

admin