Kateqoriyasız

UEFA-dan kritik qərar: Çempionlar Liqasının iki oyunu təxirə salındı

Koronavirus epidemiyası səbəbindən UEFA Çempionlar Liqasının 1 /8 finalının cavab oyunları çərçivəsində keçiriləcək iki görüş təxirə salınıb.

İdmanxeber.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Yuventus” – “Lion” və “Mançester Siti” – “Real” matçı nəzərdə tutulduğu vaxtda keçirilməyəcək.

“Mançester Siti”nin rəsmi saytı “Real”ın basketbol komandasının bir üzvündə koronavirusun aşkarlanmasına görə görüşün təxirə salındığını açıqlayıb. Madrid klubunda basketbol və futbol komandaları eyni bazada yerləşdiyindən futbolçular da karantinə alınıb.

Qeyd edək ki, hər iki oyun martın 17-də keçirilməli idi. Komandalar arasında ilk görüşdə “Mançester Siti” 2:1 (səfərdə), “Lion” isə 1:0 (evdə) hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43