Dünya futbolu

UEFA-dan Neymara cəza – hakimi təhqir etdiyinə görə

UEFA PSJ-nin futbolçusu Neymarı cəzalandırıb.

Buna səbəb onun Çempionlar Liqasının 1/8 finalının “Mançester Yunayted”lə cavab oyunundan (1:3) sonra özünün “İnstaqram” səhifəsində hakimlər haqqında təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Braziliyalı oyunçu 2019-2020 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin ilk 3 oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, 27 yaşlı hücumçu matçın sonuna artırılan uzatma dəqiqələrində komandasının qapısına verilən penalti qərarına sərt şəkildə etiraz etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43